“Mən və karyeram” mövzusunda gənclərlə görüş keçirilib
Mayın
17-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Mən və
karyeram” mövzusunda gənclərlə görüş keçirilib. Tədbiri
Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq, iştirakçıları salamlayıb,
tədbirin keçirilməsində əsas məqsədin gənclərin fərdi bacarıqlarını inkişaf
etdirmək, onların karyera imkanlarını effektiv dəyərləndirmək və düzgün idarə
olunmasına töhfə vermək olduğunu qeyd edib. Görüş
zamanı gənclərə karyera sistemi, karyera qurmağın yolları, uğurlu karyera,
karyerada atılacaq ilkin addımlar haqqında məlumat verilib. Daha
sonra müəssisənin fəal könüllülərindən Kipriyyə İsmayılova, Zoya Hüseynova
mövzu ətrafında fikirlərini bölüşüblər. Sonda
gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş