Əsas Səhifə > Gənclər > “Mən və karyeram” mövzusunda gənclərlə görüş keçirilib

“Mən və karyeram” mövzusunda gənclərlə görüş keçirilib


17-05-2022, 17:14


Mayın 17-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Mən və karyeram” mövzusunda gənclərlə görüş keçirilib.

Tədbiri Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova açaraq, iştirakçıları salamlayıb, tədbirin keçirilməsində əsas məqsədin gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarını effektiv dəyərləndirmək və düzgün idarə olunmasına töhfə vermək olduğunu qeyd edib.

Görüş zamanı gənclərə karyera sistemi, karyera qurmağın yolları, uğurlu karyera, karyerada atılacaq ilkin addımlar haqqında məlumat verilib.

Daha sonra müəssisənin fəal könüllülərindən Kipriyyə İsmayılova, Zoya Hüseynova mövzu ətrafında fikirlərini bölüşüblər.

Sonda gənclərin sualları ətraflı şəkildə cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt