• Təqvim

  • Maraq



"Azərbaycan ailəsi və milli dəyərlər" mövzusunda gənclərlə görüş keçirilib


Mayın 11-də "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsində "Azərbaycan ailəsi və milli dəyərlər" mövzusunda gənclərlə görüş keçirilib.

Görüşü Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova açaraq, tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Y.Yusifova çıxışında bildirib ki, biz bir millət olaraq dədə-babadan ailənin müqəddəsliyinə Quran ayəsi kimi yanaşmışıq. Ailə o zaman müqəddəs, möhkəm və əbədi olur ki, ordakı iki əsas qüvvə bir-biri ilə son dərəcə mehriban, səmimi münasibət qura bilir. Ailə o zaman əbədiləşir, şöhrətlənir, əsl xoşbəxtliyə qovuşur ki, ululardan gələn ənənələr, tərbiyə üsulu, bir sözlə, klassik təlim-tərbiyə müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, bitkin, dərrakəli davamçıların ovqatında öz əksini tapa bilsin. Ailə o zaman seçilən ailə olur ki, onun qoynundan dünyaya milli duyğulu, Vətən sevgili, bəşəri düşüncəli övladlar pərvazlansın. Biz sevinirik ki, Azərbaycanda belə nümunəvi ailələr var və olacaqdır. Azərbaycan ailəsinin ən böyük himayədarı Ümummilli Lider Heydər Əliyev olmuşdur. Onun başlatdığı bu kurs bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Daha sonra müəssisənin fəal könüllülərindən Aytac Cəfərova, Nəzrin Rəhimova, Qənirə Qarayeva, Kipriyyə İsmayılova və Ramil Abdullayev mövzu ətrafında geniş çıxış ediblər.






 

GOYEZEN.AZ



Facebook-da paylaş