"Gənclərin peşə və ixtisas seçimlərində düzgün istiqamətləndirilməsi" mövzusunda növbəti görüş keçirilib
İyunun 9-da "Qazax
Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Gənclərin
peşə və ixtisas seçimlərində düzgün istiqamətləndirilməsi" mövzusunda
Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin gəncləri
ilə görüş keçirilib. Tədbiri Qazax Gənclər
Evinin dərnək rəhbəri Mehriban Carçıyeva açaraq gəncləri salamlayıb, Qazax Gənclər
Evinin fəaliyyəti haqqında gənclərə geniş məlumat verib. Daha sonra Qazax şəhər
Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
Qazax Gənclər Evinin könüllüsü Həbibə Məmmədli mövzu ətrafında gənclərlə söhbət
aparıb, düzgün peşə seçiminin gənclərimizin sabahının təminatçısı olduğunu
vurğulayıb. Şagirdlərə arzuladıqları yox, bacardıqları işlə məşğul olmaq,
seçdikləri peşəyə qəlbən bağlı olmaq, onun sirlərini öyrənmək, bütün incəliklərinə
yiyələnmək haqqında tövsiyələr verib. Sonda şagirdləri
maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş