• Təqvim

  • Maraq



“İntellektual klubların gənclər liqası”nın sonuncu seçim turu keçirilib


Ölkənin ən böyük intellektual yarışı - "İntellektual klubların gənclər liqası”nın IV - sonuncu seçim turu keçirilib. 

28 May - Müstəqillik Gününə həsr olunmuş IV seçim turunda Qazax üzrə 7 komandanın heyətində 42 gənc mübarizə aparıb. 4 turdan sonra yekun nəticələrə əsasən, "F4T", "Megatron" və "Vadi" komandaları zona finalına vəsiqə qazanıb.

Məlumat üçün bildirək ki, zona qalibləri isə iyun ayında Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.



 

GOYEZEN.AZ



Facebook-da paylaş