• Təqvim

  • Maraq



"İntellektual klubların II Gənclər kuboku"nun Qazax seçim turu reallaşıb


Bu gün Qazax Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Günü münasibətilə keçirəcəyi "İntellektual klubların II Gənclər kuboku"nun Qazax seçim turu reallaşıb.

"Nə? Harada? Nə zaman?" formatı üzrə reallaşan mərhələ yarışında 30 sual səsləndirilib. 16 komandanın tərkibində 96 gənc biliyini nümayiş etdirib.

Seçim turunun nəticələrinə görə "Panteon" və "Monachus" komandaları ilk yerləri tutublar. Növbəti "dördlük"də isə "Sarkazm", "Dejavu", "Hermes" və "Nəsimi" qərarlaşıb.

Qeyd edək ki, ölkənin 14 müxtəlif şəhər və rayonunda keçirilən seçim turlarında ən yaxşı nəticə göstərən 70 komanda final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsi 1-2 fevral 2020-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq olan intellektual çoxnövçülük turniri özündə "Nə? Harada? Nə zaman?”, "Kviz”, "Breyn Rinq” və "Erudit Kvartet” oyunlarını birləşdirəcək.


 

GOYEZEN.AZ



Facebook-da paylaş