“İntellektual klubların gənclər liqası”nın III seçim turu keçirilib
Ölkənin ən böyük intellektual yarışı - "İntellektual klubların gənclər liqası”nın III seçim turu keçirilib. Qazaxda keçirilən yarışda 8 komandanın heyətində 48 gənc mübarizə aparıb.
Bu turda aşağıdakı nəticələr qeydə alınıb:
- "Birləşmiş cəbhə" - 15 xal
- "F4T" - 13 xal
- "Megatron" - 13 xal
- "Alpha iMpact" - 11 xal
- "Gənclər" - 11 xal
- "Vadi" - 10 xal
- "Scorpions" - 9 xal
- "Xəmsə" - 8 xal
Məlumat üçün bildirək ki, bundan sonra daha 1 tur da baş tutacaq və qalib komandalar zona finallarında iştirak edəcək. Zona qalibləri isə iyun ayında Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Gənclərin İnkişaf və Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı, "ARB" media qrupunun dəstəyi ilə həyata keçirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş