• Təqvim

  • Unutma

  • Maraq



“İntellektual klubların Gənclər liqası” start götürüb!


Ölkənin ən böyük intellektual yarışı - "İntellektual klubların Gənclər liqası” start götürüb!  

İntellektual liqanın Qazax üzrə I seçim turunda 10 komandanın heyətində 60 gənc iştirak edib. 

Məlumat üçün bildirək ki, bundan sonra 3 tur da baş tutacaq və qalib komandalar zona finallarında iştirak edəcək. Zona qalibləri isə 11-12 iyun tarixində Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə  Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Gənclərin İnkişaf və Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı, "ARB" media qrupunun dəstəyi ilə həyata keçirilir.




GOYEZEN.AZ



Facebook-da paylaş