• Təqvim

  • Maraq



“Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində yarışlar davam edir


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində yarışlar davam edir. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın ikinci günündə "B” qrupunun oyunları baş tutub.

"Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda 21 komandanın heyətində 105 nəfər şagird və tələbə mübarizə aparıb.

Səsləndirilən 20 suala ən çox cavab verən 8 komanda – "Vadi” (Qazax şəhər Mehdi Hüseyn adına məktəb-lisey), "Mübariz” (BDU Qazax filialı), "Nicat” (Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəb), "Dəli Kür” (Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb), "Uğur” (İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb), "Hermes” (BDU Qazax filialı), eləcə də, müstəqil "Dejavu” və "Məşədibaba” komandaları 11 mart tarixində təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb. 

Qeyd edək ki, sabah keçiriləcək yarımfinal mərhələsində ümumilikdə 15 komanda finala vəsiqə uğrunda mübarizə aparacaq.

Onu da qeyd edək ki, layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.




 

GOYEZEN.AZ



Facebook-da paylaş