• Təqvim

  • Maraq



Qazaxda rayon məktəbliləri arasında "Nə? Harada? Nə zaman?" intellektual turniri keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual turniri keçirilib.

Rayon məktəbliləri arasında keçirilən bilik yarışında 33 komandanın heyətində 165 gənc mübarizə aparıb. 

Yarışın yekun nəticələrinə əsasən Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin "Ötükən" komandası I yeri tutub. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin "Qalaktikos" komandası II, Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin "Nobelium" komandası isə III pillədə qərarlaşıb.

İlk üç yeri tutan komandaların üzvləri müvafiq Diplomlarla təltif olunublar. 






 

GOYEZEN.AZ



Facebook-da paylaş