• Təqvim

  • Unutma

  • Maraq



"Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə gənclər arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə turnir keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda 18 komandanın heyətində 85 gənc bilik savaşına çıxıb.

Turnirin yekun nəticələrinə əsasən müstəqil "Sarkazm" komandası I yeri tutub. Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin "Vurğun" kollektivi II pillədə qərarlaşıb. Müstəqil "Volfram" komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.






GOYEZEN.AZ



Facebook-da paylaş