Qazax Gənclər Mərkəzində "Breynrinq" intellektual oyunu üzrə turnir keçirilib
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
təşkilatçılığı ilə gənclər arasında "Breynrinq" intellektual oyunu
üzrə turnir keçirilib. Qazax Gənclər Mərkəzində reallaşan
yarışda 12 komandanın heyətində 60 gənc bilik savaşına çıxıb. Turnirin yekun nəticələrinə əsasən
müstəqil "Panteon" komandası I yeri tutub. "Volfram"
kollektivi (müstəqil) II pillədə qərarlaşıb. BDU-nun Qazax filialının
"Hermes" komandası isə III yerə layiq görülüb. Qalib və mükafatçılar Qazax GİKM
tərəfindən diplomlarla təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş