Əsas Səhifə > Gənclər > Qazax Gənclər Mərkəzində "Breynrinq" intellektual oyunu üzrə turnir keçirilib

Qazax Gənclər Mərkəzində "Breynrinq" intellektual oyunu üzrə turnir keçirilib


24-11-2019, 16:55


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə gənclər arasında "Breynrinq" intellektual oyunu üzrə turnir keçirilib.

Qazax Gənclər Mərkəzində reallaşan yarışda 12 komandanın heyətində 60 gənc bilik savaşına çıxıb.

Turnirin yekun nəticələrinə əsasən müstəqil "Panteon" komandası I yeri tutub. "Volfram" kollektivi (müstəqil) II pillədə qərarlaşıb. BDU-nun Qazax filialının "Hermes" komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçılar Qazax GİKM tərəfindən diplomlarla təltif olunublar.




 

GOYEZEN.AZ


Geri qayıt