• Təqvim

  • Maraq



“Breyn Rinq” intellektual oyunu üzrə “Seminariya kuboku” yarışı başa çatıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Qazax Müəllimlər Seminariyasının 100 illiyi ilə bağlı tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində 21-27 oktyabr 2019-cu il tarixlərdə reallaşan "Breyn Rinq” intellektual oyunu üzrə "Seminariya kuboku” yarışı başa çatıb.

Turnirdə 6 qrupda 18 komanda qalib adı uğrunda mübarizə aparıb. Yarışın yekunlarına əsasən, müstəqil "Kepler-62" və "Pentaqon" komandaları müvafiq olaraq I və II yerləri tutublar. Bakı Dövlət Universitetinin Qazax filialının "Bozqurd" komandası isə III pillədə qərarlaşıb.

Qalib komanda "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən kubokla, I, II və III yerləri tutmuş komandaların üzvləri isə plaketlərlə təltif olunublar.

Qeyd edək ki, "Seminariya kuboku"nda ümumilikdə 80 gənc iştirak edib.







GOYEZEN.AZ



Facebook-da paylaş