“İntellektual klubların Gənclər liqası”nın 2-ci seçim turu keçirilib
Ölkənin ən
böyük intellektual yarışı - "İntellektual klubların Gənclər liqası” II seçim
turu keçirilib. Qazaxda
keçirilən yarışda 8 komandanın heyətində 48 gənc mübarizə aparıb. Bu turda
"F4T" komandası hamıdan çox suala düzgün cavab verib. "Megatron"
II, "Alpha iMpact" isə III pillədə qərarlaşıb. Məlumat üçün bildirək ki, bundan sonra daha 2
tur da baş tutacaq və qalib komandalar zona finallarında iştirak edəcək. Zona
qalibləri isə iyun ayında Bakıda keçiriləcək final mərhələsinə vəsiqə
qazanacaqlar. Layihə Azərbaycan Respublikasının Gənclər
Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai
Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin İnkişaf və
Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı, "ARB" media
qrupunun dəstəyi ilə həyata keçirilir.
GOYEZEN.AZ
Facebook-da paylaş