• Təqvim

  • Unutma

  • Maraq



Ulu Öndərə həsr olunmuş "Heydər Əliyev - 99" adlı gənclər arasında intellektual turnir keçirilib


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev - 99" adlı gənclər arasında intellektual turnir keçirilib. 

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və "Qazax Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışı "Nə?Harada? Nə zaman?" formatında baş tutub.

İntellektual turnirdə 28 komandanın heyətində 140 gənc mübarizə aparıb.

Səsləndirilən suallara ən çox doğru cavab verən "F4T" (müstəqil) komandası intellektual turnirin qalibi olub. 

Müstəqil "Wehrmacht" komandası II, Bakı Dövlət Universitetinin Qazax filialının "Megatron" komandası isə III yeri tutub. 

İlk üç pillədə qərarlaşan komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. Qalib komandaya həmçinin hədiyyələr təqdim edilib.








GOYEZEN.AZ



Facebook-da paylaş