Növbəti görüş Aslanbəyli və Yuxarı Salahlı kəndlərində yaşayan gənclərlə olub
26-27 aprel tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun Aslanbəyli və Yuxarı Salahlı kəndlərində yaşayan gənclərlə görüş keçirilib.
Ümumilikdə 32 nəfər gəncin iştirak etdiyi görüşlərdə dövlət gənclər siyasətindən söz açılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini qeyd edib. V.Nəbiyev respublikamızda, eləcə də rayonumuzda gənclərin sosiallaşması və inkişafı üçün yaradılmış şəraitdən danışaraq qeyd edib ki, belə görüşlərin keçirilməsində əsas məqsəd kəndlərdə yaşayan gənclərə yeni biliklərin verilməsi, yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması, dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə kənd gənclərinin məlumatlandırılmasıdır.
Daha sonra "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək Gənclər evində fəaliyyət göstərən, kurslar, klublar və dərnəklər haqqında məlumat verib, gəncləri həmin kurslardan, dərnəklərdən yararlanmağa dəvət edib.
GOYEZEN.AZ
Facebook-da paylaş