Bu dəfə rayonun Birinci Şıxlı kəndində yaşayan gənclərlə görüş keçirilib
Aprelin 19-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun Birinci Şıxlı kəndində yaşayan gənclərlə görüş keçirilib.
Tədbiri Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu gün də uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Respublikamızda eləcə də rayonumuzda gənclərin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, kəndlərdə yaşayan gənclərin, dövlətin müvafiq istiqamətlər üzrə siyasətinin mahiyyəti barədə məlumatlandırılması, onların inkişafına və sosiallaşmasına sistemli dəstəyin göstərilməsi yeniliklər etməyi bacaran gənclər üçün şərait və imkanların yaradılması diqqət mərkəzindədir.
Daha sonra "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək Gənclər evində fəaliyyət göstərən, kurslar, klublar, dərnəklər və fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.
Sonda Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüləri Röyal Əmiraslanov və Zamin Cəfərzadə çıxış edərək könüllük fəaliyyətləri ərzində əldə etdikləri uğur və nailiyyətlərdən danışıb, gəncləri könüllülük fəaliyyətinə qoşulmağa dəvət ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş