İkinci Şıxlı kəndində gənclərlə görüş keçirilib
Aprelin 20-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun İkinci Şıxlı kəndində yaşayan gənclərlə görüş keçirilib.
Görüşdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb. V.Nəbiyevbildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan gənclərinə diqqət və qayğı göstərir, daim onların problemləri ilə maraqlanırdı. Bu gün respublikamızda həyatın elə bir sahəsi yoxdur ki, orada gəncliyin əzəmətli addım səsləri eşidilməsin. Ulu Öndərin 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 2-nin Gəncləri Günü kimi qeyd olunması Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər zaman gənclərimizə diqqət və qayğı göstərir. Bu il 2 Fevral - Gənclər Günündə bir qrup gənclə görüşən dövlət başçısı İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Gənclər böyük qüvvədir. Azərbaycan gəncləri sağlam düşüncəli, vətənpərvər olmaqla, millətinə, xalqına çox bağlıdır. V.Nəbiyev rayon rəhbəri Rəcəb Babaşovun gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq, rayonumuzda
"Qazax Gənclər evi” sosial xidmət müəssisəsində, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyində və Qazax Olimpiya İdman Kompleksində gənclər üçün yaradılmış şəraitdən yararlanmağa dəvət edib, onları rayonumuzun ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb.
Daha sonra "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov çıxış edərək Gənclər evində fəaliyyət göstərən, kurslar, klublar, dərnəklər və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib.
GOYEZEN.AZ
Facebook-da paylaş