Növbəti təlim "Yaddaş texnikaları" mövzusunda reallaşıb
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Şəxsi inkişaf" təlimləri davam edir.
Növbəti təlim Dünya Yaddaş Olimpiadaları Federasiyasının Azərbaycan təmsilçisi, PSYCH-K® fasilitatoru Mirşahin Əlizadənin təqdimatında "Yaddaş texnikaları" mövzusunda reallaşıb.
Təlim aşağıdakı başlıqları əhatə edib:
Yaddaş texnikaları;
Beyin və beynin funksiyaları;
Unutqanlığa səbəb olan amillər;
Effektiv öyrənmənin metodları;
Yadda saxlamağın qaydaları;
Sol və sağ beyin yarımkürələri.
Gənclərə verilən fərdi işlər üzərindən maraqlı müzakirələr həyata keçirilib, müxtəlif əyləncəli tapşırıqlar edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş