• Təqvim

  • Maraq



Qazaxlı gənclər üçün "Nitq mədəniyyəti" təlimi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Nitq mədəniyyəti" təlimi keçirilib. 

"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, İctimai.az saytının baş redaktoru Rəşad Bayramovun təqdimatında reallaşan təlim "Auditoriya qarşısında effektiv çıxış texnikaları" başlığı altında keçirilib.

Qazax Heydər Əliyev Mərkəzində baş tutan təlim aşağıdakı mövzuları əhatə edib: 

Təqdimat bacarıqları;

Auditoriyanın idarəolunma texnikaları;

Çıxışlara hazırlıq;

Çıxışlarda güzgü effekti və s. 

Təlimdə gəncləri maraqlandıran suallar cavablandırılıb.



 

GOYEZEN.AZ



Facebook-da paylaş