Əsas Səhifə > Gənclər > Növbəti təlim "Yaddaş texnikaları" mövzusunda reallaşıb
Növbəti təlim "Yaddaş texnikaları" mövzusunda reallaşıb2-03-2022, 17:13 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Şəxsi inkişaf" təlimləri davam edir. Növbəti təlim Dünya Yaddaş Olimpiadaları Federasiyasının Azərbaycan təmsilçisi, PSYCH-K® fasilitatoru Mirşahin Əlizadənin təqdimatında "Yaddaş texnikaları" mövzusunda reallaşıb. Təlim aşağıdakı başlıqları əhatə edib: Yaddaş texnikaları; Beyin və beynin funksiyaları; Unutqanlığa səbəb olan amillər; Effektiv öyrənmənin metodları; Yadda saxlamağın qaydaları; Sol və sağ beyin yarımkürələri. Gənclərə verilən fərdi işlər üzərindən maraqlı müzakirələr həyata keçirilib, müxtəlif əyləncəli tapşırıqlar edilib.
GOYEZEN.AZ Geri qayıt |