“ZəfərimİZ” layihəsinin bugünkü qonağı Vətən müharibəsi iştirakçısı qazi kapitan Samir Çobanov olub
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "ZəfərimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Oktyabrın 27-də təşkil olunmuş görüşün bugünkü qonağı Vətən müharibəsi iştirakçısı, 3-cü dərəcəli "Rəşadət” ordeni, "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov olub.
Görüşdə Samir Çobanovun həyat və şərəfli döyüş yolu barədə gənclərə ətraflı məlumat verilib. Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində əldə olunub.
Tədbirdə gənclərin sualları cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş