• Təqvim

  • Maraq



Qazax RİH-də “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb


Cənab Prezident İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən Qazax Rayon İcra Hakimiyyətində "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

Yeni yaradılmış Şöbənin müdiri vəzifəsinə Vətən müharibəsinin iştirakçısı, şərəfli döyüş yolu keçmiş, ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi kapitan Çobanov Samir Natik oğlu təyin edilib.

GOYEZEN.AZ



Facebook-da paylaş