Ölümündən sonra beş medalla təltif olunan Vətən müharibəsinin qazaxlı şəhidi Asəf Nəsibov
Şəhidlərimizi
tanıyaq və tanıdaq--------------------------------------- Yola
saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı.
Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində
Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27
sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun
əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Bu
müqəddəs yolda zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi
oldu. Vətən müharibəsində müqəddəs Şəhidlik zirvəsinə ucalan oğullarımızdan
biri də 26 yaşlı qazaxlı şəhidimiz Nəsibov Asəf Səfəralı oğludur. Şəhid Asəf Nəsibov
25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 2000-ci
ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin I sinfinə
daxil olmuş, 2011-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2011-ci ildə Azərbaycan Dövlət Neft və
Sənaye Universitetinin (ADNSU)
Kimya mühəndisliyi fakültəsinə qəbul olmuş, 2015-ci ildə həmin universiteti bitirmişdir.
25.07.2015-ci ildən 23.07.2016-cı ilədək Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra 10.09.2016-cı ildən 13.09.2017-ci
ilədək Bakı Şəhər Xəzər Firmasında xəritə mühəndisi vəzifəsində işləmişdir. 14.09.2017-ci
ildən 01.05.2018-ci ilədək Qazax rayon Yol İstismar İdarəsində kiçik mühəndis
olaraq işləmişdir. 01.05.2018-ci ildən 12.11.2018-ci ilədək fərdi əməklə məşğul
olmuşdur. 12.11.2018-ci ildən 28.09.2020-ci il tarixədək İqtisadiyyat Nazirliyi
tabeliyində "Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş-mütəxəssis olaraq işləmişdir.
Ölkə Prezidentinin "Azərbaycan
Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli
Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 29-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi
səfərbərliyə cəlb olunmuşdur. Müharibə
Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş,
müharibənin ağrı-acılarını görmüşdü. Ona görə də Murovdağ yüksəkliyinin
alınması uğrunda gedən döyüşlərə qatılanda müharibə heç də ona çətin gəlmədi. Asəf
Nəsibov Cəbrayılın, Qubadlının, Xocavəndin düşməndən azad olunması uğrunda gedən
döyüşlərdə mərdliklə vuruşmuşdur. "N” saylı hərbi hissənin 3-cü taborun 7-ci bölüyün 2-ci tağımın 2-ci manqasının heyət nəfəri-atıcısı əsgər Asəf Nəsibov 28.10.2020-ci il tarixdə Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid Vətən oğlu 31.10.2020–ci ildə doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Nişanlı idi. Müzəffər
Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra
cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın
azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli
Sərəncamlarına əsasən "Laçının
azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, 30
dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir. Vətən
müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz
kimi Asəf Nəsibov da Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaq.
Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhidimizə
Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.
GOYEZEN.AZ
Facebook-da paylaş