"Karyeram" layihəsinin növbəti təlimi keçirilib
Gənclərin İnkişaf və
Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə
"Karyeram" layihəsinin növbəti təlimi keçirilib. Budəfəki təlim "Sosial
layihələrin idarə olunması" mövzusunda "Zoom"
platformasında reallaşıb. "Education
HUB"ın proqram meneceri, Şərqi Avropa Vətəndaş Təhsili Şəbəkəsinin sosial
sahibkarlıq və innovasiyalar işçi qrupunun rəhbəri Gülnarə İsmayılovanın
təqdimatında keçirilən təlim aşağıdakı başlıqları əhatə edib: -
Layihə nədir?; -
Layihənin məzmunu üçün meyarlar; -
Layihə komandası; -
Layihənin büdcə meyarları və s.
GOYEZEN.AZ
Facebook-da paylaş