• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı gənclər Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə məqbərəsini və muzeyini ziyarət ediblər


Avqustun 25-də Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın 5.4-cü bəndinin icrası məqsədilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə bir qrup fəal gəncin Gəncə şəhərinin tarixi abidələrinə və görməli yerlərinə səyahəti təşkil olunub.

Səyahət zamanı gənclər öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyəti, gənclik illəri və Azərbaycana rəhbərlik etdiyi dövrlər ilə yaxından tanış olublar.

Daha sonra gənclər Nizami Gəncəvi Məqbərəsində və Nizami Gəncəvi Muzeyində Nizami Gəncəvi yaradıcılığı barədə ətraflı məlumat əldə ediblər.

Səyahət Gəncə Xan Bağı parkında, Cavad Xan türbəsində davam etdirilib.

Ümumilikdə 19 nəfər gəncin iştirak etdiyi səyahət maraqla qarşılanıb, gənclər Gəncədən xoş təəssüratlarla qayıdıblar.









 

GOYEZEN.AZ



Facebook-da paylaş