• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Nizami Gəncəvi yaradıcılığı gənc rəssamların fırçası ilə” başlığı altında rəsm müsabiqəsi keçirilib


Avqustun 20-də Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına əsasən, Qazax Rayon Gənclər və İdman İdarəsi və Ağstafa Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Rəsm Qalereyasında Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş "Nizami Gəncəvi yaradıcılığı gənc rəssamların fırçası ilə” başlığı altında rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə Eşqin Quliyev I yeri, Ema Carçılı II yeri, Ruhin Xasməmmədov və Zülfüqar Abdullayev III yerləri qazanıblar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin hədiyyə və Diplomları ilə təltif ediliblər. Müsabiqədə on nəfər iştirakçıya isə fəal iştirakına görə həvəsləndirici Diplomlar təqdim olunub.









 


GOYEZEN.AZ



Facebook-da paylaş