Qazaxda gənclər Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə əziz xatirəsini ehtiramla yad ediblər
Mayın 5-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, gənclərin iştirakı ilə COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Gənclər abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olunub, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova və Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov çıxış edərək gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişdirilməsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin müstəsna əhəmiyyətə malik olduğunu bildiriblər. 44 günlük Vətən müharibəsinin Ümummilli Liderin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdiyini qeyd ediblər. Müharibədə qazandığımız tarixi qələbənin birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin, o cümlədən dövlət gənclər siyasətinin təntənəsi olduğunu dilə gətiriblər. Ümummilli Lider Heydər Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyinin öz parlaq, perspektiv vəd edən dövrünü yaşadığını vurğulayıblar. Hazırda isə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan gənclərinin dövlətimizin başçısının ətrafında sıx birləşməklə Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasəti fəal dəstəklədiklərini söyləyiblər.
GOYEZEN.AZ
Facebook-da paylaş