Qazaxda “Mənim təmiz şəhərim” başlığı altında maarifləndirici onlayn toplantı keçirilib
Aprelin 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Mənim
təmiz şəhərim” başlığı altında maarifləndirici
onlayn toplantı keçirilib. Ümumilikdə 42 nəfərin
iştirakı ilə zoom platforması üzərindən onlayn
formatında keçirilən tədbirdə son illər respublikamızda, eləcə də Qazax rayonunda aparılan
abadlıq işlərindən söz açılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev toplantını
giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, bugünkü onlayn görüşün
məqsəd və əhəmiyyətindən danışıb. Son illər ölkə Prezidenti İlham Əliyevin diqqət
və qayğısı sayəsində rayonumuzda genişmiqyaslı abadlıq və quruculuq işlərinin
aparıldığını, rayonun simasının gündən-günə gözəlləşdiyini qeyd edib. Ölkə
rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulduğunu,
bununla yanaşı, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilərin
abadlaşdırıldığını vurğulayıb. V.Nəbiyev işlərin başa çatdırıldığı prospekt və
küçələrin asfaltlandığını, səkilərə yeni tamet, bardür düzüldüyünü, qaz,
elektrik, rabitə xətlərinin səliqəyə salındığını söyləyib. Rayon rəhbərliyinin abadlıq, quruculuq və təmizlik
işlərinə xüsusi həssaslıqla yanaşmasından söz açan V.Nəbiyev bu işdə hər
birimizin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Hər bir gənci
rayonumuzun təmiz saxlanılmasına, öz yaşadığı prospekt və küçələrdə təmizliyə
riayət olunmasına, rayon rəhbərinin bu sahədə atdığı addımlara yaxından dəstək
olmağa çağırıb. Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib
Namazov, YAP
Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Müşviq Pirverdiyev, Qazax
Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov və Bakı Dövlət Universitetinin
Qazax filialının tələbəsi Günay Mehtili mövzu ətrafında geniş çıxış ediblər. Çıxış
edənlər rayonda həyata keçirilən quruculuq işlərinə görə ölkə Prezidenti İlham
Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. "Mənim təmiz şəhərim” şüarını əldə rəhbər tutaraq hər bir rayon
sakininin, xüsusilə də gənclərin görülmüş işlərə öz töhfələrini vermələrini
bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş