Əsas Səhifə > Gənclər > Qazaxda “Mənim təmiz şəhərim” başlığı altında maarifləndirici onlayn toplantı keçirilib
Qazaxda “Mənim təmiz şəhərim” başlığı altında maarifləndirici onlayn toplantı keçirilib28-04-2021, 19:09 |
Aprelin 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Mənim təmiz şəhərim” başlığı altında maarifləndirici onlayn toplantı keçirilib. Ümumilikdə 42 nəfərin iştirakı ilə zoom platforması üzərindən onlayn formatında keçirilən tədbirdə son illər respublikamızda, eləcə də Qazax rayonunda aparılan abadlıq işlərindən söz açılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev toplantını giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb, bugünkü onlayn görüşün məqsəd və əhəmiyyətindən danışıb. Son illər ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığını, rayonun simasının gündən-günə gözəlləşdiyini qeyd edib. Ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulduğunu, bununla yanaşı, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilərin abadlaşdırıldığını vurğulayıb. V.Nəbiyev işlərin başa çatdırıldığı prospekt və küçələrin asfaltlandığını, səkilərə yeni tamet, bardür düzüldüyünü, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salındığını söyləyib. Rayon rəhbərliyinin abadlıq, quruculuq və təmizlik işlərinə xüsusi həssaslıqla yanaşmasından söz açan V.Nəbiyev bu işdə hər birimizin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Hər bir gənci rayonumuzun təmiz saxlanılmasına, öz yaşadığı prospekt və küçələrdə təmizliyə riayət olunmasına, rayon rəhbərinin bu sahədə atdığı addımlara yaxından dəstək olmağa çağırıb. Sonra Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Müşviq Pirverdiyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov və Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Günay Mehtili mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər rayonda həyata keçirilən quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. "Mənim təmiz şəhərim” şüarını əldə rəhbər tutaraq hər bir rayon sakininin, xüsusilə də gənclərin görülmüş işlərə öz töhfələrini vermələrini bildiriblər.
GOYEZEN.AZ Geri qayıt |