• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Biz Birlikdə Güclüyük” mahnısının onlayn təqdimatı keçirilib


Mayın 19-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən musiqisi Vahid Bayramova, sözləri şair Cavanşir Rüstəmə aid olan "Biz  Birlikdə Güclüyük” mahnısının onlayn təqdimatı keçirilib.

Tədbiri Qazax Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səba Nəbiyeva açaraq tədbir iştirakçılarını salamlayıb, COVID-19 pandemiyası zamanı Respublika Prezidenti cənab İlham Əliyevin zamanında atdığı mühüm addımlardan danışıb. Eyni zamanda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. S.Nəbiyeva gənc ifaçı könüllülərin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Evdə Qal, Evdə Yarat” layihəsinə öz töhfələrini vermək məqsədilə 15 aprel 2020-ci il tarixdən onlayn məşqlərə başladıqlarını qeyd edib. Mahnının ölkə rəhbərinin "Biz Birlikdə Güclüyük” çağırışına qoşulan Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllülərindən ibarət "Gənclik” instrumental ansamblının üzvləri tərəfindən ərsəyə gəldiyini bildirib.


Sonra ansamblın bədii rəhbəri Vahid Bayramov və şair Cavanşir Rüstəm çıxış edərək mahnının yaranmasından danışıb, gənc ifaçılara uğurlar arzulayıblar.

Tədbirin sonunda  "Biz Birlikdə Güclüyük” mahnısı onlayn şəkildə nümayiş etdirilib.

Onlayn tədbirdə ümumilikdə 64 nəfər iştirak edib.








 

GOYEZEN.AZ



Facebook-da paylaş