Gənclərin məşvərət şuralarının üzvləri rayon icra hakimiyyətləri ilə yeni layihələr barədə müzakirələr aparıblar
"Beş rayonda gənclərin yerli məşvərət şuralarının
yaradılması” layihəsi çərçivəsində paytaxtın Xəzər rayonu, eləcə də Biləsuvar,
Şəmkir, Tovuz və Qazax rayon icra hakimiyyətləri
yanında fəaliyyət göstərən şuranın üzvləri ilə icra hakimiyyətlərinin nümayəndələri
arasında onlayn formatda görüşlər davam edir. Gənclər Təşkilatları Milli Şurası tərəfindən onlayn görüşlərin
keçirilməsində əsas məqsəd məşvərət şuralarının fəaliyyət göstərdikləri müddətdə
həyata keçirdikləri işlər barədə rayon icra hakimiyyətlərinin nümayəndələri ilə
müzakirələrin aparılması olub. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Böyük
məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyanın məsul katibi Nərmin Hüseynzadənin və Milli
Məclisin deputatı Səməd Seyidovun köməkçisi, Qazax Məşvərət Şurasının koordinatoru Akif Əmirovun iştirak etdiyi görüş zamanı məşvərət şuralarının
üzvləri tərəfindən gələcəkdə region gənclərinin inkişafı üçün həyata
keçiriləcək layihələr barədə məlumatlar verilib və fikir mübadilələri aparılıb.
Gənclərdən ibarət məşvərət şuralarının fəaliyyəti rayon icra hakimiyyətləri
tərəfindən yüksək qiymətləndirilib. Region gənclərindən ibarət məşvərət şuraları istər
pandemiya, istərsə də Vətən müharibəsi dövründə fəal iştirak edərək, gənclərin
inkişafı və maariflənməsində aktiv mübarizəyə qoşulublar. Şuraların əsas
məqsədi gənclərin icma quruculuğuna cəlb olunmasını stimullaşdırmaq, onları
narahat edən məsələləri araşdırmaq və həlli istiqamətində addımlar atmaqdır. Şuranın üzvləri tərəfindən bir müddət əvvəl karantin
qaydalarına uyğun olaraq gənclər arasında aparılmış sorğunun nəticələrinə
əsasən yeni layihələrin həyata keçirilməsinə başlanıb. "Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması”
layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin, UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi və NAYORA-nın
təşkilatçılığı ilə həyata keçirilir. GOYEZEN.AZ
Facebook-da paylaş