Əsas Səhifə > Gənclər > Gənclərin məşvərət şuralarının üzvləri rayon icra hakimiyyətləri ilə yeni layihələr barədə müzakirələr aparıblar
Gənclərin məşvərət şuralarının üzvləri rayon icra hakimiyyətləri ilə yeni layihələr barədə müzakirələr aparıblar19-02-2021, 11:19 |
"Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi çərçivəsində paytaxtın Xəzər rayonu, eləcə də Biləsuvar, Şəmkir, Tovuz və Qazax rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən şuranın üzvləri ilə icra hakimiyyətlərinin nümayəndələri arasında onlayn formatda görüşlər davam edir. Gənclər Təşkilatları Milli Şurası tərəfindən onlayn görüşlərin keçirilməsində əsas məqsəd məşvərət şuralarının fəaliyyət göstərdikləri müddətdə həyata keçirdikləri işlər barədə rayon icra hakimiyyətlərinin nümayəndələri ilə müzakirələrin aparılması olub. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyevanın, Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nərmin Hüseynzadənin və Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi, Qazax Məşvərət Şurasının koordinatoru Akif Əmirovun iştirak etdiyi görüş zamanı məşvərət şuralarının üzvləri tərəfindən gələcəkdə region gənclərinin inkişafı üçün həyata keçiriləcək layihələr barədə məlumatlar verilib və fikir mübadilələri aparılıb. Gənclərdən ibarət məşvərət şuralarının fəaliyyəti rayon icra hakimiyyətləri tərəfindən yüksək qiymətləndirilib. Region gənclərindən ibarət məşvərət şuraları istər pandemiya, istərsə də Vətən müharibəsi dövründə fəal iştirak edərək, gənclərin inkişafı və maariflənməsində aktiv mübarizəyə qoşulublar. Şuraların əsas məqsədi gənclərin icma quruculuğuna cəlb olunmasını stimullaşdırmaq, onları narahat edən məsələləri araşdırmaq və həlli istiqamətində addımlar atmaqdır. Şuranın üzvləri tərəfindən bir müddət əvvəl karantin qaydalarına uyğun olaraq gənclər arasında aparılmış sorğunun nəticələrinə əsasən yeni layihələrin həyata keçirilməsinə başlanıb. "Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir. GOYEZEN.AZ Geri qayıt |