• Təqvim

  • Unutma

  • Maraq



“İnsan alverinə qarşı mübarizə” mövzusunda vebinar keçirilib


Dekabrın 21-də "Qazax Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən "İnsan alverinə qarşı mübarizə” mövzusunda vebinar keçirilib.

"Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov giriş sözü ilə çıxış edərək insan alverinə qarşı mübarizə istiqamətində aparılan maarifləndirmə və profilaktik tədbirlərin vacibliyindən söz açıb.

Qazax Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Fərid Əliyev çıxış edərək insan alverinin qurbanına çevrilmiş insanları gözləyən təhlükədən, yetkinlik yaşına çatmamış uşaqların istifadə edilməsindən və insan alverinə qarşı həyata keçirilən cinayət-hüquqi və digər təmin edilən müdafiə tədbirlərindən danışıb. Gəncləri məlumatlandıraraq bu cür hadisələrlə qarşılaşdıqda müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini tövsiyə edib. Hər bir vətəndaşı insan alverinin qurbanına çevrilməmək üçün diqqətli olmağa və bu sahədə aparılan mübarizədə həmrəylik göstərməyə çağırıb.

Qazax Gənclər Evinin psixoloqu Fatma Rəhimova isə insan alverinin qurbanı olan şəxslərin yenidən sosial həyata adaptasiyasından, gənclərdə yaranan psixoloji travmalardan danışıb.

26 nəfərin iştirak etdiyi vebinarda sonda gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş