• Təqvim

  • Maraq



Qazaxda insan alverinə qarşı mübarizə sahəsində maarifləndirici tədbir keçirilib


Bu gün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə  maarifləndirici tədbir keçirilib.

Qazax Dövlət Sosial–İqtisadi Kollecinin İdeoloji mərkəzində keçirilən tədbirdə İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvü Zeynalov, sosioloq Günel Əfəndiyeva, Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının aparıcı məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov, kollecin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə Respublika Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 24 iyul 2014-cü il tarixli Sərancamdan söz açılıb. Həmin Sərəncama əsasən təsdiq edilmiş "Milli Fəaliyyət Planı”nın 13.9-cu bəndinin icrasının təmin olunması istiqamətində görülmüş işlərdən, həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb.  

İnsan alverinə qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə işinin təşkil olunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, insan alverinə qarşı mübarizə cəmiyyətin bütün fərdlərinin problemidir və hərtərəfli, daha çox ictimaiyyətin maarifləndirilməsi kimi yanaşmalar tələb edir. Bildirilib ki, maarifləndirmənin köməyilə həm məişət zorakılığı, həm də insan alveri ilə mübarizə aparmaq olar. Bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq, vətəndaşlarımızın maarifləndirilməsi olduqca önəmlidir.

Tədbir iştirakçılarına insanların cinayətkarlar tərəfindən insan alverinə cəlb edilmələri haqqında geniş məlumat verilib, bu bəladan qorunma yolları izah edilib.

Sonda mövzü ətrafında müzakirələr aparılıb. 










 

GOYEZEN.AZ



Facebook-da paylaş