• Təqvim

  • Maraq



"Ailə-məişət zorakılığı" mövzusunda vebinar keçirilib


Dekabrın 17-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ailə-məişət zorakılığı" mövzusunda vebinar keçirilib.

Vebinarda "Təmiz Dünya"Qadınlara Yardım İctimai Birliyinin sədri, "Qadın və uşaq sığınacağı"nın rəhbəri Mehriban Zeynalova iştirak edib.

Giriş sözü ilə çıxış edən "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov vebinar iştirakçılarını salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxış edərək ailə-məişət zorakılığının baş vermə səbəblərindən, növlərindən, zorakılığın yaratdığı psixoloji problemlərdən, zorakılıqdan zərər çəkmiş şəxslərin sağlamlıq vəziyyətindən söz açıb. Həmçinin ailədaxili zorakılıq zamanı uşağa qarşı yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı sərgiləyən hər cür davranışın uşaq istismarı olduğunu qeyd edib.Zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslərin cəmiyyətə yenidən adaptasiyası istiqamətində görülən işləri və onların cəmiyyətdə bərabər hüquqlu iştirakını təmin etməyi xüsusilə vurğulayıb. Bu sahədə gəncləri maarifləndirmək məqsədi dayışan hüquqi və sosial xarakterli tədbirlərin vacibliyini vurğulayıb.

Sonda gəncləri maraqlandıran suallar səsləndirilib və ətraflı şəkildə cavablandırılıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş