Dekabrın
17-də "Qazax Gənclər evi" sosial
xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ailə-məişət zorakılığı"
mövzusunda vebinar keçirilib.
Vebinarda
"Təmiz Dünya"Qadınlara
Yardım İctimai Birliyinin sədri, "Qadın və uşaq sığınacağı"nın rəhbəri
Mehriban Zeynalova iştirak edib.
Giriş
sözü ilə çıxış edən "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov
vebinar iştirakçılarını salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən
danışıb.
"Təmiz
Dünya" Qadınlara Yardım İctimai
Birliyinin sədri Mehriban Zeynalova çıxış edərək ailə-məişət zorakılığının baş
vermə səbəblərindən, növlərindən, zorakılığın yaratdığı psixoloji
problemlərdən, zorakılıqdan zərər çəkmiş şəxslərin sağlamlıq vəziyyətindən söz
açıb. Həmçinin ailədaxili zorakılıq zamanı uşağa qarşı yönəlmiş istər fiziki, istərsə də mənəvi basqı
sərgiləyən hər cür davranışın uşaq istismarı olduğunu qeyd edib.Zorakılıq mühitində yaşayan və zorakılıqdan zərər çəkmiş şəxslərin cəmiyyətə
yenidən adaptasiyası istiqamətində görülən işləri və onların cəmiyyətdə bərabər
hüquqlu iştirakını təmin etməyi xüsusilə vurğulayıb. Bu sahədə gəncləri
maarifləndirmək məqsədi dayışan hüquqi və sosial xarakterli tədbirlərin
vacibliyini vurğulayıb.
Sonda
gəncləri maraqlandıran suallar səsləndirilib və ətraflı şəkildə cavablandırılıb.
GOYEZEN.AZ
Geri qayıt
|