Qazaxda “Psixoloji motivasiya” başlığı altında videoformat şəklində təlim keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə COVID-19 pandemiyasının vurduğu psixoloji zərərlərin aradan qaldırılması məqsədilə gənclər üçün "Psixoloji motivasiya” başlığı altında videoformat şəklindətəlim keçirilib.
Ümumilikdə 36 nəfərin iştirak etdiyi təlimdə əvvəlcə mənfur düşmənimiz olan ermənilərin Tovuz rayonu istiqamətində törətdikləri təxribatlar nəticəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ölkə başçısının da söylədiyi kimi, son döyüşdə düşmənə layiqli cavablarının verildiyi, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən hərbçilərimizin qanının yerdə qalmadığı, qisasının alındığı vurğulanıb. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğu və həmin ordunun zəfər çalacağı tarixi günün elə də uzaqda olmadığı qeyd olunub.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək keçirilən təlimin məqsəd və əhəmiyyətindən danışıb. Həmçinin gəncləri sosial şəbəkələrdə yayılmış yalan məlumatlara inanmamağa, dövlətimiz və rəhbərliyimiz ətrafında sıx birləşməyə çağırıb.
Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü, gənc psixoloq Fatma Rəhimova COVID-19 pandemiyasının vurduğu psixoloji zərərlər haqqında gənclərə ətraflı məlumat verərək xüsusi karantin dövründə vaxtlarını düzgün və səmərəli şəkildə keçirməyi tövsiyə edib. Sonda gəncləri maraqlandıran sualları cavablandırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş