• Təqvim

  • Unutma

  • Maraq



"Kitab klubu"nda toplaşmaq artıq bir ənənəyə çevrilib


Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin nəzdində fəaliyyət göstərən "Kitab klubu" növbəti dəfə toplanıb.

Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə gənclər ədəbiyyat üzrə Nobel mükafatı laureatı Knut Hamsunun "Aclıq" romanını müzakirə ediblər.

Roman üzərində Knut Hamsun 1888-ci ilin yayında Amerikadan Avropaya qayıtdıqdan sonra işləməyə başlayıb. Romanda söhbət Hamsunun həyatının aclıqla və ölümlə pəncələşdiyi ən ağır dövründən – 1886-cı ildən gedir. Buna baxmayaraq, "Aclıq” romanını sırf avtobioqrafik əsər adlandırmaq da doğru olmazdı. Hamsunun sözlərinə görə, O, bu əsərdə ardıcıl olaraq aclıq keçirən insanın özünəməxsus ruhi-mənəvi həyatını, onun əsəb sarsıntılarını təsvir etməyə səy göstərib. Əsərin qəhrəmanının hərəkətlərindəki ziddiyyət və gözlənilməzlik yalnız fizioloji aclıqla bağlı deyil. O, korlanmış, pozulmuş dünyada həm də təbii insani münasibətlərə ehtiyac duyaraq mənəvi aclıq da keçirir.

Kitabsevərlər növbəti görüşdə Süleyman Rüstəmin "Qaçaq Nəbi" əsərinin müzakirə olunmasını qərara alıblar.



 

GOYEZEN.AZ

 



Facebook-da paylaş