Qazax Dövlət Sosial-İqtisadi Kollecində ilk dəfə səs verən gənclərlə görüş keçirilib
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin
2020-ci ilin birinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına və Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin 13 yanvar 2020-ci il tarixli 32/R2-02/19
saylı məktubuna əsasən, Qazax Dövlət Sosial-İqtisadi Kollecində ilk dəfə səs verən gənc seçicilərlə görüş
keçirilib. Görüşün əsas məqsədi "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət
Proqramının tədbirlər planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki
prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər
arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə 9 fevral
2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar
keçiriləcək seçkilərdə ilk dəfə səs verən gənclər arasında maarifləndirmə
işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi
olub. Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi
Vüqar Nəbiyev, Qazax 107 saylı Dairə Seçki Komissiyasının baş məsləhətçisi
Vüsal Hüseynov, Qazax Dövlət Sosial İqtisadi-Kollecinin Qiymətləndirmə və
Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, təlim-tərbiyə işləri üzrə direktor
müavini İlkin Əliyev, II kurs tələbəsi Tutu Qocayeva çıxış edərək ölkəmizdə hər
zaman şəffaf seçkilərin keçirildiyini, gənclərin həmin seçkilərdə yüksək fəallıq
nümayiş etdirdiklərini bildiriblər. Sonda gəncləri maraqlandıran suallar
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş