Əsas Səhifə > Gənclər > Qazax Dövlət Sosial-İqtisadi Kollecində ilk dəfə səs verən gənclərlə görüş keçirilib
Qazax Dövlət Sosial-İqtisadi Kollecində ilk dəfə səs verən gənclərlə görüş keçirilib27-01-2020, 23:15 |
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci yarımili üçün təsdiqlənmiş tədbirlər planına və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 13 yanvar 2020-ci il tarixli 32/R2-02/19 saylı məktubuna əsasən, Qazax Dövlət Sosial-İqtisadi Kollecində ilk dəfə səs verən gənc seçicilərlə görüş keçirilib. Görüşün əsas məqsədi "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilərdə ilk dəfə səs verən gənclər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi olub. Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax 107 saylı Dairə Seçki Komissiyasının baş məsləhətçisi Vüsal Hüseynov, Qazax Dövlət Sosial İqtisadi-Kollecinin Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Əliyev, II kurs tələbəsi Tutu Qocayeva çıxış edərək ölkəmizdə hər zaman şəffaf seçkilərin keçirildiyini, gənclərin həmin seçkilərdə yüksək fəallıq nümayiş etdirdiklərini bildiriblər. Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |