• Təqvim

  • Maraq



"Qazax gənclərin gözü ilə" adlı foto müsabiqənin qalibləri bəlli olub


Bu gün "Qazax gənclərin gözü ilə" adlı foto müsabiqənin mükafatlandırma mərasimi keçirilib. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən 21 iyun tarixindən start götürən müsabiqəyə müxtəlif müəlliflər tərəfindən çəkilmiş 30-a qədər foto təqdim olunub.

Gənclər Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə fotolara baxış keçirilib. Daha sonra münsiflər heyətinin rəyinə əsasən fərqlənən fotolar müəyyənləşdirilib.

Muradlı Xədicə Rafiq qızının müəllifi olduğu foto müsabiqənin qalibi olub. Mərdanlı Aytəkin Ələddin qızının təqdim etdiyi foto II, Omarova Günel Şadət qızının fotosu isə III yerə layiq görülüb.

Qalib və mükafatçılara Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən müvafiq diplomqiymətli hədiyyələr təqdim olunub.






GOYEZEN.AZ 



Facebook-da paylaş