• Təqvim

  • Maraq



Qazaxda Xalq şairi Səməd Vurğuna həsr olunmuş kitabın təqdimatı keçiriləcək


Azərbaycanın ilk Xalq şairi olan Səməd Vurğun xalqımızın dünya şöhrətli şairi, dramaturq, publisistik, tənqidçi, alim, ictimai xadim, mədəniyyətin fəal qurucusu kimi ürəklərdə əbədi yaşayır. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri sovet ədəbiyyatı xəzinəsinə möhkəm daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanmışdır. Dünyada az sənətkar tapılar ki, yaşadığı zamanda klassikləşsin, əsərləri ümumxalq kütlələrinin mənəvi sərvətinə çevrilsin. Azərbaycanın Xalq şairi Səməd Vurğuna belə xoşbəxtlik nəsib olmuşdur.  

Xalq şairinin yaradıcılığının geniş və əhatəli şəkildə araşdırılmasında öz töhfəsini verən ziyalılarımızdan biri də həmyerlimiz, Türkiyədə yaşayan, Ərzincan Binəli Yıldırım Universitetinin Prof.Dr. Ali Kafkasyalıdır. Ziyalımızın qələmə aldığı Xalq şairi Səməd Vurğuna həsr olunmuş “Səməd Vurğun Milli şairə dair” adlı kitab Səməd Vurğun sevərlərə ən böyük hədiyyədir.

Noyabrın 24-də Bakı Dövlət Universitetinin Qazax filialında müəllim və tələbə heyətinin iştirakı ilə Ali Kafkasyalının müəllifi olduğu Xalq şairi Səməd Vurğuna həsr olunmuş “Səməd Vurğun Milli şairə dair” kitabının təqdimat mərasimi keçiriləcək. 

Məlumat üçün qeyd edək ki, Prof. Dr. Ali KAFKASYALI Erzincan Binali Yıldırım Üniversitesi Fen-Edebiyatı Fakültesi Türk Dili ve Edebiyatı Bölümü öğretim üyesidir. Daha önce Atatürk Üniversitesi, Giresun Üniversitesi, Kazakistan Hoca Ahmet Yesevi Uluslararası Türk – Kazak Üniversitesinde görev yaptı.

Üniversiteye intisap etmeden altı yıl Fransa’da olmak üzere Türkiye’nin çeşitli şehirlerinde öğretmenlik ve idareçilik görevlerinde bulundu.

1987 yılından itibaren Türkiye dışındaki Türk ve akraba toplulukların dil, edebiyat, tarih ve folkloru hakkında araştırmalar yaparak pek çok önemli eser yazdı.

Bilimsel Kitaplarından Bazıları:

İran Türk Edebiyatı Antolojisi, Atatürk Üniversitesi Yayınları, 2002 (6 cilt, 3490 sayfa).

İran Türkleri Aşık Muhitleri, Erzurum 2006 (318 sayfa).

İran Türk Aşıkları ve Milli Kimlik, Erzurum 2007. (326 sayfa).

İran Türkleri, Bilgeoğuz Yayınları, İstanbul, 2009 (972 sayfa).

İran Coğrafyasında Türkler, Bilgeoğuz Yayınları, İstanbul, 2010 (332 sayfa).

Sürgündeki Aşıklık Geleneği-Orta Asya'ya Sürülen Ahıska-Ahılkelek Aşıklık Geleneği ve Aşıklar, Kazakistan-Almatı, 2013 (350 sayfa).

Samet Vurgun – Milli Bir Şaire Dair, Bengü Yayınları, Ankara, 2022 (500 sayfa).     

Romanları

Kafkas Koçakları, Karınca Yayınları, 2018, Ankara.

(Farsça, Rusça, Kazakça ve Azerbaycan Türkçesine çevrildi.)

Kartallar Sınır Tanımaz, Karınca Yayınları, 2020, Ankara.

(Farsça, Rusça, Kazakça ve Azerbaycan Türkçesine çevrildi.)

Hikayeleri

Topal Asker, Karınca Yayınları, 2019, Ankara.



Facebook-da paylaş