• Təqvim

  • Unutma

  • Maraq



Şair Məzahir Yaqubun yeni kitabı çapdan çıxıb

Şair Məzahir Yaqubun yeni kitabı çapdan çıxıb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məzahir Yaqubun yeni kitabı işıq üzü görüb. Əsərləri sevilə-sevilə oxunan istedadlı şair bu dəfə oxucularla, şeir sevərlərlə görüşə “Salam, göy üzü” kitabı ilə qonaq gəlib. Məzahir Yaqubun imzası oxuculara onun şeirlər kitablarından, almanaxlarından, saysız-hesabsız qəzet səhifələrindən yaxşı tanışdır.

“Ağrıdağ” nəşriyyatı tərəfindən çap olunan yeni kitab çox nəfis şəkildə hazırlanıb. Kitaba Vətəninə, torpağına bağlı olan Məzahir Yaqubun son illərdə qələmə aldığı şeirlər toplanıb. Kitaba ön söz yazan şair Rəfail İncəyurd qeyd edir ki, “Məzahir Yaqubun hər şeiri nümunədir. Çözümlüdür, yozumludur. Birini oxuyub, o birindən keçəmmirsən. Kitabı açdınmı-axırına çıxmalısan. Dayandı yoxdur. Çünki Məzahir şairdi”.

“Salam, göy üzü” Məzahir Yaqubun “Yolçu yolundan bəllidir” kitabından sonra oxucularla ikinci görüşüdür.

Şair Məzahir Yaqubu yeni kitabının çapdan çıxması münasibətilə bütün oxucular, şeirsevərlər adından səmimi qəlbdən təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayıram.

Elçin İSMAYIL


Facebook-da paylaş