• Təqvim

  • Unutma

  • Maraq



Xalq şairi Nəriman Həsənzadənin Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın 70 illiyinə ünvanladığı təbrik məktubu...


Əzizim Barat, Səni müasir Azərbaycan şeirinin yaradıcılarından birini, böyük nüfuz sahibi görkəmli sənətkarımızı, yaşca balaca qardaşımı yubileyi münasibətilə təbrik edirəm, ailə sevinci, yeni yaradıcılıq uğurları arzulayıram.

Birimizin 90, birimizin də 70 oldu. Şairlik yaşla ölçülmür, hər yeni yazdığı ürəyinə yatan şeirlə doğulur, oxucusu varsa, hər əsərdə yaşayır. Barat təkcə Qazaxda yaşamır, Qazaxla birlikdə Nərimanda yaşayır.

Yaşa Barat, yaşa qardaşım!

Hörmətlə,

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi



Facebook-da paylaş