• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri arasında keçirilən bilik yarışının zona mərhələsi başa çatıb


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının ildönümü ilə əlaqədar Respublika Prezidenti İlham Əliyev tərəfindən dahi sənətkarın 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş 28 yanvar 2019-cu il tarixli Sərəncamına uyğun olaraq doğulduğu Qazax elində silsilə tədbirlər keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən hazırlanmış "Tədbirlər Planı”nda yer alan tədbirlərdən biri də Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri arasında bilik yarışının keçirilməsidir.

İlk olaraq 8 may 2019-cu il tarixdə S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə, 10 may 2019-cu il tarixdə isə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə 23 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinin iştirakı ilə bilik yarışlarının zona mərhələsi keçirilib.

Məktəblilərin Xalq yazıçısının həyat və yaradıcılığı haqqında bilik və bacarıqlarını artırmaq məqsədilə nəzərdə tutulan yarışın nəticələrinə görə şəhər məktəblərindən S.Əfəndiyev adına 1 saylı, S.Vurğun adına 2 saylı, İ.Qayıbov adına 3 saylı tam orta məktəblər və M.Hüseyn adına məktəb-lisey, kənd məktəblərindən isə Ş.Nəsibova adına Sarıvəlli, M.Həsənov adına Birinci Şıxlı, V.Musayev adına İkinci Şıxlı və S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəblərin komandaları bilik yarışlarının rayon mərhələsində iştirak etmək hüququ qazanıblar.   





GOYEZEN.AZ



Facebook-da paylaş