Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub

Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda mədəniyyət sahəsinə də böyük diqqət və qayğı göstərilir, milli-mənəvi dəyərlərimizə önəm verilir. Bunu rayonda keçirilən mədəniyyət tədbirlərindən, yubiley, doğum günü qeyd edilməsindən, yaradıcılıq gecələrinin keçirilməsindən aydın şəkildə görmək olar.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xalq şairi Osman Sarıvəllinin doğum gününün qeyd edilməsi barədə göstəriş verib. Bununla bağlı İcra Başçısı bir neçə gün bundan öncə şairin dəfn olunduğu İkinci Şıxlı kənd qəbiristanlığında olub və şairin məzarında təmir-bərpa işlərinin görülməsini tapşırıb. Rayon rəhbərliyinin göstərişinə əsasən artıq bu istiqamətdə yüksək səviyyədə təmir işləri aparılıb və şairin məzarı baxımlı hala salınıb.

Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Osman Sarıvəllinin məzarında həyata keçirilən təmir-bərpa işləri ilə tanış olmaq üçün İkinci Şıxlı kənd qəbiristanlığına gəlib. Rayon rəhbərliyinə məlumat verilib ki, şairin məzarındakı baş və sinə daşları yenisi ilə əvəz olunub. Məzarın ətrafına tamet daşları döşənib. Eyni zamanda küknar və həmişəyaşıl ağaclar əkilərək yaşıllıq yaradılıb. Məzarın ətrafındakı dəmir hasar rənglənib. Qəbiristanlığa gedən 2,5 km uzunluğunda yola isə şeben tökülərək hamarlanıb. Bir sözlə, lazım gələn bütün işlər görülüb və məzarlıq yüksək səviyyəyə çatdırılıb.

Təmir-bərpa işləri ilə tanış olduqdan sonra Rəcəb Babaşov şair Eldar Nəsiblinin qəbrini də ziyarət edib, burada həyata keçirilən təmir işlərinə baxıb.

GOYEZEN.AZ

Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub
Xalq şairi Osman Sarıvəllinin məzarı təmir olunub


Facebook-da paylaş