Qazax məktəblərində Bilik Günü qeyd olunub
Azərbaycanda məktəblərdə dərslərin başladığı gün Bilik günü kimi qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə
təsadüf edirdi. Lakin Respublika Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün
təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış,
beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Respublikamızın
hər yerində olduğu kimi, Qazax məktəblərində də Bilik Günü qeyd olunub. Bu il rayonun 39 ümumtəhsil məktəbində keçirilən Bilik
Günü tədbirlərində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Məmməd Alıyev, müavinlər Tahir Musayev və Gulaya Həsənova, eləcə də aparatın
digər məsul işçiləri və Rayon Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər. Bütün məktəblərdə tədbir
açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Birincilərinifasında
Vətənə, Anaya, məktəbə, Bilik Gününə həsr olunmuş şeirlər söylənilib, mahnılar
oxunub. Tədbirdə çıxış edənlər şagirdləri, onların
müəllimlərini və valideynlərini salamlayıb, Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdıraraq yeni
dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara yeni tədris ilində
uğurlar diləyiblər. Tədbirlərdə
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə
həmişə böyük diqqət və qayğı ilə yanaşması, bu işi dövlət siyasətinin mühüm bir
sahəsi hesab etməsi bir daha vurğulanıb. Təhsil sahəsində əsası Ulu Öndər tərəfindən
qoyulmuş islahatların bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və
yeni keyfiyyətdə uğurla davam etdirildiyi qeyd edilib. Bu sahədə atılan
genişmiqyaslı addımların ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsində,
təhsilin böyük nailiyyətlər əldə etməsində və nəhayət, Azərbaycan dövlətinin
sürətli inkişafında əsaslı baza rolunu oynadığı bildirilib. Respublika
Prezidenti İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan respublikamızın hər
yerində təhsilin inkişafına xüsusi önəm verdiyi vurğulanıb. Qazax rayonunda təhsilə
göstərilən diqqət və qayğıdan danışılaraq rayon rəhbərliyi tərəfindən bu istiqamətdə
görülən işlərdən, həyata keçirilən genişmiqyaslı layihələrdən söz açılıb. Rayon
rəhbərinin təhsilə hər zaman diqqət ayırdığı, istər müəllimlərin, istərsə də
şagirdlərin müasir şəraitdə elmlə məşğul olmaları üçün xüsusi qayğı ilə
yanaşdığı bildirilib. Keçirilən tədbirlərdə
məktəblərin qazandıqları uğurlardan, əldə etdikləri nailiyyətlərdən də söz
açılıb. Məktəb direktorları çıxışlarında şagirdləri yeni dərs ilinin
başlanması münasibətilə təbrik edib, qazanılan nailiyyətlərin bu il də uğurla
davam etdiriləcəyini qeyd ediblər. Tədbirlərdə
iştirak edən qonaqlar, valideynlər, müəllimlər Respublika Prezidenti İlham
Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezdenti Mehriban Əliyevanın
təhsil sahəsinə göstərdikləri diqqət və qayğını minnətdarlıq hissi ilə
qarşıladıqlarını bildiriblər. Son illər bu sahəyə olan qayğı nəticəsində
respublikamızın bütün bölgələrində, ən ucqar kəndlərdə belə yeni müasir tipli məktəblərin
tikilməsini, hər il müəllimlərin əmək haqlarının artırılmasını, istedadı olan
şagirdlərə, tələbələrə xaricdə oxumaq şansının yaradılmasını, tələbələrə verilən
təqaüdlərin artırılmasını, eləcə də ödənişli əsaslarla təhsil alan tələbələrə
belə təqaüdlərin verilməsini göstərilən qayğının ən bariz nümunəsi kimi qiymətləndiriblər.
Bütün bunlara görə dərin minnətdarlıqlarını çatdırıblar. Şəhər və kənd məktəbləri
üzrə keçirilən Bilik Günü tədbirlərində rəmzi olaraq "İlk zəng” çalınıb. Tədbirlər
musiqi sədaları altında davam edib. Məlumat üçün qeyd edək ki, Rayon Təhsil şöbəsinin tabeliyində 33 tam
orta, o cümlədən 1 məktəb-lisey, 5 ümumi orta, 5 ibtidai məktəb, 2 məktəbdənkənar
müəssisə fəaliyyət göstərir. Hal-hazırda ümumtəhsil məktəblərində 12884 nəfər
şagird, o cümlədən 925 nəfər məktəbəhazırlıq qrupunda təhsilə cəlb edilib. Şagirdlərin təlim
və tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olacaq. Rayonun ümumtəhsil məktəblərində 621
nəfər texniki işçi fəaliyyət göstərəcək. 2019-2020-ci
tədris ilində 1056 nəfər IX sinifdə, 979
nəfər X sinifdə, 751 nəfər isə XI sinifdə təhsil alacaqlar. Bu il məktəbli
adını qazanaraq ilk addımarını atan birincilərin sayı isə 1310 nəfərdir. S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb İ.Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəb F.Şamoyev adına şəhər 4 nömrəli tam orta məktəb N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəb GOYEZEN.AZ
M.Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey
Q.Hacımahmudova adına şəhər ümumi orta məktəb
Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəb
A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəb
Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb
İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəb
S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəb
S.Həsənov adına Bala Çaylı kənd tam orta məktəb
Canalı kənd tam orta məktəb
A.Əliyev adına Hüseynbəyli kənd tam orta məktəb
A.Məhərrəmov adına Yuxarı Əskipara kənd tam orta məktəb
Facebook-da paylaş