• Təqvim

  • Maraq



“Mən qorxuya qalib gəldim” layihəsinin icrası uğurla davam edir


VIII qrant müsabiqəsinin qalibi olan “Mən qorxuya qalib gəldim” layihəsinin icrası uğurla davam edir.

Layihə çərçivəsində təşkil edilən təlimlərdə şagirdlərə bullinq situasiyasına uyğun düzgün davranış qaydaları nümayiş etdirilir, bulinqin fəsadları haqqında geniş məlumatlar verilir. Bununla yanaşı, bulinqə aid videofilmlərə baxılıb müzakirələr aparılır, yarana biləcək mənfi hallar daha dərindən tədqiq edilir. Hər bir qrupda 20-25 nəfər şagird olmaqla, 15 qrup yaradılıb və hər qrup ayda 1 dəfə olmaqla bullinq əleyhinə maarifləndirici əyani dərslər keçirilir.

Xatırladaq ki, layihə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin müəllimi Nailə Əfəndiyeva tərəfindən həyata keçirilir. 430 nəfər şagirdi əhatə edərək  şagirdlərin aqressiv davranışının qarşısının alınması üçün bullinq qurbanlarına özünümüdafiə və düzgün davranış vərdişləri aşılamaq məqsədi daşıyır.



Facebook-da paylaş